Bakıda üçotaqlı ev əşyaları ilə birlikdə kül oldu
Bakıda yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Ramana qəsəbəsində yerləşən “Şuşa” şəhərciyinin yaxınlığındakı həyət evlərindən birində baş verib.
Ceyhunə Sadıqovaya məxsus, sahəsi 65 kv. metr olan 3 otaqlı həyət evi içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Qısa müddət ərzində yanğınsöndürənlər alovun digər tikililərə keçməsinin qarşısını alıblar və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır. Yanğının hansı səbəbdən baş verdiyi araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
19:05
617
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
504
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
633
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
428
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
416
Növbəti günlərdə bizi necə hava gözləyir?
04:40
1226