Gürcüstandakı seçkilərin nəticələri açıqlandı: parlamentə dörd azərbaycanlı keçdi

Gürcüstan parlamentinə şənbə günü keçirilən seçkilərlə əlaqədar səslərin 100%-i hesablanıb.

 

APA TV-nin xəbərində görə, bu barədə məlumatı Gürcüstan Mərkəzi Seçki Komissiyasının yayıb.

 

Beləliklə, yeni parlamentdə hakim “Gürcü arzusu” (48,8%), sabiq prezident Mixail Saakaşvilinin  lideri olduğu “Vahid Milli Hərəkat” Partiyası (27,1%) və “Vətənpərvərlər Alyansı” (5,006%) təmsil olunacaqlar.

 

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. Gürcüstan parlamentinin dəqiq tərkibi bir çox birmandatlı dairələrdə keçirilən ikinci turdan sonra məlum olacaq.

 

Gürcüstanda keçirilən parlament seçkilərində 4  azərbaycanlı deputat mandatı qazanıb. Bunlar “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev və Ruslan Hacıyev, eləcə də ölkənin ana müxalifət partiyası “Vahid Milli Hərəkat”ın namizədi Azər Süleymanovdur. İkinci turdan sonra azərbaycanlı millət vəkillərinin sayı arta bilər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR