Rusiya ilə Türkiyə arasında tarixi saziş imzalandı

İstanbulda Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb.

 

APA TV-nin xəbərinə görə, iki ölkə arasında yaşanan təyyarə böhranından sonra ilk dəfə Türkiyəyə səfər edən Rusiya prezidenti Vladimir Putin Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş 1 saat 40 dəqiqə davam edib.

 

Danışıqlardan sonra iki lider jurnalistlərin qarşısına çıxıb. Türkiyə və Rusiyanın energetika nazirləri prezidentlərin iştirakı ilə “Türk axını” üzrə sazişi imzalayıblar.

 

Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR