Eldar Sabiroğlu Müdafiə Nazirliyindən GETDİ!
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olunması barədə raport yazıb.
APA-nın xəbərinə görə, Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib.
Eldar Sabiroğlu APA-ya məlumatı təsdiqləyib və bunun normal hal olduğunu deyib: “Mən buna təbii baxıram. Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən tərxis olunmağım barədə sərəncam verməsini ondan xahiş etmişəm. Mən özümü Vətənimin, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanım, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr duyuram".
Eldar Sabiroğlu Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI