İŞİD namaz sayını ixtisar etdi

İŞİD terror təşkilatı namaz sayını 5-dən 3-ə endirib. APA TV-nin məlumatına görə, buna səbəb Mosul şəhərinə böyük hücum əməliyyatının gözlənilməsidir.


İraqın ikinci böyük şəhəri olan Mosul uzun müddətdir İŞİD-in nəzarətindədir. İraq hökuməti, Türkiyə və koalisiya qüvvələri şəhəri terrorçulardan azad etmək üçün əməliyyat hazırlığına başlayıb. Bu səbəbdən terrorçuların namaz sayını üçə endirdiyi bildirilir. Yeni qaydaya əməl etməyənlər cəzalanacaqlar.
 

Bundan başqa, terror təşkilatının döyüş vəziyyətində belə kiçik namazların məsciddə qılınması şərtini qoyub, əks halda, 30 qırmanc cəzası veriləcək.

 

Bundan öncə isə İŞİD-in məscidlərdə azan oxunmasını qadağan etdiyi iddia olunur. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR