Azərbaycan prezidenti Venesuela prezidenti ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 10-da İstanbulda Venesuela prezidenti Nikolas Maduro ilə görüşüb.
APA TV xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirilib. Azərbaycanın və Venesuelanın BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyi vurğulanıb, Qoşulmama Hərəkatı çərçivəsində iki ölkənin əməkdaşlığı qeyd edilib.
Dövlət başçıları iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar. İqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensialın olduğu bildirilib. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycan və Venesuelanın OPEK və qeyri-OPEK dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olunub. Həmçinin müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı diqqətə çatdırılıb. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə müxtəlif səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə iki ölkənin münasibətlərinin dərinləşməsi işinə xidmət edəcəyi vurğulanıb. Neftin qiymətinin sabitləşdirilməsinin önəminə toxunularaq, bunun üçün OPEK və qeyri-OPEK dövlətləri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?