Səudiyyənin neft naziri: "Qiymətlər 60 dollara yüksələ bilər"
“Səudiyyə Ərəbistanı enerji sektoruna investisiyaları davam etdirəcək”. APA-nın Türkiyə müxbiri xəbər verir ki, bu sözləri İstanbulda öz işinə başlayan XXIII Dünya Enerji Konqresinin açılışındakı çıxışında Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih deyib.
Yeni dönəmdə Səudiyyə Ərəbistanının yürüdəcəyi enerji siyasətinin ana xətləri barədə danışan əl-Falih deyib ki, ölkəsi bu sahədə yatırımlara davam edəcək: “Bunun üçün lazımi hazırlıqlarımız var. Bazardan tələb gəlməsi halında neft hasilatını da artıracağıq. Hazırda biz 7 milyard insanın taleyini düşünmək məcburiyyətindəyik. 2050-ci ildə bunun üstünə 2 milyard da gələcək. Bazarın əsas oyunçularından biri kimi bunları nəzərə almaya bilmərik”.
Xalid əl-Falih OPEK üzvü olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi banklarının prezidentlərinin daimi məşvərət halında olduqlarını və 2 ayda bir keçirilən toplantılarda vəziyyəti analiz etdiklərini bildirib.
Xalid əl-Falih həmçinin qeyd edib ki, bu ilin sonuna neftin bir barelinin qiyməti 60 dollara çata bilər. “Tam əminliklə demək mümkün deyil. Ancaq ilin sonuna qədər bu artım ola bilər”, - deyə o qeyd edib.
Nazir əlavə edib ki, qiymətləri müəyyən etmək və formalaşdırmaq onların işi deyil: “Bizim üçün tələb və təklif arasında balansın olması əsasdır. Bizim üçün düzgün və effektiv investisiya edilməsi vacibdir”.
Qeyd edək ki, Türkiyə prezidentinin himayəsi altında keçirilən XXIII Dünya Enerji Konqresinin təşkilatçıları Dünya Enerji Şurası və Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyidir.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?