Fransa Rusiyanı məhkəməyə verir: HƏRBİ CİNAYƏT İTTİHAMI
Fransa Suriyadakı hərbi cinayətlərin Haaqa məhkəməsində araşdırılmasını tələb etmək niyyətindədir.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri ölkənin xarici işlər naziri Jan-Mark Eyro səsləndirib.
O, Suriyadakı vəziyyətin Rusiya prezidenti Vladimir Putinin oktyabrın 19-da Fransaya səfəri zamanı da müzakirə olunacağını bildirib.
Xatırladaq ki bu, Suriyada baş verənlərin araşdırılması istiqamətində irəli sürülən ilk tələb deyil. Daha öncə ABŞ dövlət katibi Con Kerri də Suriyada törədilən hərbi cinayətlərdə bilavasitə Rusiyanı ittiham edərək, bütün faktların mütləq araşdırılmalı olduğunu qeyd edib.
Bu arada ötən gün Fransa prezidenti Fransua Oland Parisə səfəri zamanı Kreml rəhbəri ilə görüşüb-görüşməmək barəsində qəti qərara gəlmədiyini vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
Növbəti günlərdə bizi necə hava gözləyir?