İraq baş naziri: "Türklər yerindən qımıldansa..."
Mosul yaxınlığındakı Başika hərbi düşərgəsində olan Türkiyə hərbçiləri ilə bağlı Bağdad və Ankara arasında gərginlik davam edir.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İraq baş naziri Haydar əl-Abadi Kərbəla şəhərinə ziyarəti zamanı bəyan edib ki, Türkiyənin heç bir şəkildə Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatına qatılmasına icazə verməyəcəklər.
O, Türkiyəni təhdid edərək deyib ki, İraqda olan Türkiyə hərbi qüvvələrinə yerlərindən qımıldanmamağı məsləhət görür. Abadi Türkiyənin İraqda hərbi qüvvə saxlamaq yönündə israrını təəccüblə qarşıladığını da söyləyib.
Qeyd edək ki, İraq Başika hərbi düşərgəsindən Türkiyə hərbçilərinin çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına şikayət edib.
OXŞAR XƏBƏRLƏR
13:52
92
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
629
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
517
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
645
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
430
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
418