Yağış yağacaq, güclü külək əsəcək
Oktyabrın 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturunun gecə yarımadada 14-17, gündüz 20-23 dərəcə, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 21-26 dərəcə, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir