Dövlət Sərhəd Xidməti Xəzərdə taktiki təlimlər keçirdi

2016-cı il 5-8 oktyabr tarixlərində “Dövlət Sərhəd Xidmətinin bölmələri tərə­fin­dən Xəzər dənizinin Azərbaycan Respub­likasına mənsub bölməsində yerləşən neft-qaz infrastrukturuna qarşı təhlükə yarandıqda axtarış əməliy­yatlarının aparılması və aşkar olunmuş terror-təxribat qüvvələrinin zərərsizləş­dirilməsi” mövzu­sun­da taktiki təlimlər keçirilib.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən xəbərə görə, taktiki təlimlərin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin bölmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyə­tinin idarəetmə bacarığının inkişaf etdirilməsi, qaranlıq hava şəraitində sərhəd axtarı­şının aparıl­ması, raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdiş­lərin təkmilləş­diril­məsi olub.

 

Üç mər­hələdə on taktiki epizod üzrə keçirilən təlimlərdə neft-qazçı­xarma rayonlarının, plat­formaların, ixrac boru kəmər­ləri­nin mühafizəsi və mü­dafiəsi ilə bağlı Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin və Aviasiya Dəstəsinin gündəlik şəraitdən fövqəladə şərai­tə keçirilməsi və birgə axtarış əməliy­yatlarının aparılması, sorğuya cavab verməyərək ərazidən uzaqlaşan gəminin dayandırılması üçün xəbərdarlıq atəşinin açılması, havadan çevik qru­pun helikopter vasitəsilə gəmiyə desantlaşdırılması, gəmidə şərti düş­mənin terror-təx­ribat qrupunun zərərsizləş­dirilməsi, dayan­dırılmış gəmiyə təlim keçmiş xidməti itlər və xüsusi ax­ta­rış vasitələri ilə baxış keçi­rilməsi, küt­ləvi qırğın silahlarının kom­ponentlərinin və narkotik vasi­tələ­rin aşkar edilməsi kimi təlim tapşırıqları uğurla icra olunub.

 

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gə­milərinin və  Aviasiya Dəstəsinin helikopterlərinin zenit-artilleriya qurğuları və raket kompleks­lərindən günün işıqlı və qaranlıq vaxtla­rında hədəflərə döyüş atışları müvəffəqiyyətlə həyata keçirilib, neft platforması rayonunda kəşfiyyat fəaliyyəti ilə məşğul olan rəqibin pilotsuz uçuş apara­tının və tələblərə tabe olmayan pozucu qayığın, şərti düşmənin sualtı təxribat qruplarının və sahildə düşərgə qurmuş şərti terrorçu qruplarının qaranlıq hava şəraitində aşkarlanması və məhv edil­məsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra edilib.

 

Cari ilin iyun ayının 13-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Ilham Əliyevin baxış keçirdiyi Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində tikintisi başa çatdırılan iti sürətli və yüksək üzmə qabi­liyyətinə malik, mükəmməl naviqasiya və radiotexnika avadanlıq­ları ilə, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri təlim­lərdə uğurla sınaqdan keçirilib.

 

Təlimlərdə qarşıya qo­yulan vəzifələr tam həcmdə icra olunub, şəxsi heyət möhkəm inti­zam, yüksək döyüş hazırlığı nümayiş etdir­ib.

 

Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşun­larının Komandanı general-polkovnik Elçin Qu­liyev təlimlərin uğurlu yekunu münasibətilə şəxsi heyəti təbrik edib, Xəzər dənizində sərhəd mühafizə imkanlarının təkmilləş­dirilməsi və şəxsi heyətin peşəkar­lığının daha da artırılması istiqamətində hərbi hissə və bölmələr qar­şısında konkret tapşırıqlar müəyyən e­dib.

 

Təlimlər zamanı yüksək peşəkarlıq nümayiş etdirmiş hərbi qulluq­çular təltif olunub. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR