Ailə qurmağa hazırlaşan Daxili Qoşunların hərbi qulluqçusunu maşın vurub öldürdü
Qəbələ rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Qəbələnin Zarağan kəndi ərazisində qeydə alınıb.
Qəbələ rayon sakini, 1995-ci il təvəllüdlü Səbuhi Səxavət oğlu Süleymanov idarə etdiyi 36 BB 211 dövlət nömrə nişanlı “VAZ-
Aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişən Elşən Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Qəbələ rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) idi. O, hərbi hissədən işdən çıxıb evə gedərkən avtomobil qəzasının qurbanı olub. Məlumata görə, özünün toy mərasiminə hazırlaşan Elşən Xəlilov ötən həftə ailə quracağı qızla nişanlanmışdı.
Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir