Avro bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dollar oktyabr ayının 4-ü ilə müqayisədə ucuzlaşaraq 1,6002 manat olub.
Avro isə bahalaşıb. Avrozonanın vahid valyutası hazırda 1,7914 manat dəyərindədir.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9862 manatdır. Beləliklə, funt sterlinqin kursunda da ucuzlaşma qeydə alınıb.
Rusiya rublu və Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rublun məzənnəsi 25 manat 70 qəpik, 100 türk lirəsi 52 manat 52 qəpik, 100 lari isə hazırda 68 manat 92 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir