Qüdsdə 2 yəhudi öldürüldü - HƏMAS ÜZƏRİNƏ GÖTÜRDÜ

Qüdsdə terror aktı törədilib. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, silahlı şəxs avtomobillə tramvay dayanacağına yaxınlaşaraq insanlara atəş açmağa başlayıb.

Nəticədə 60 yaşlı qadın və 30 yaşlı polis əməkdaşı hadisə yerində ölüb. Bir neçə nəfərin yaralandığı bildirilir. İsrail polisinin rəsmisi Mikki Rozenfeld hadisənin təfərrüatını açıqlayaraq, onu Şərqi Qüdsdə yaşayan bir fələstinlinin törətdiyini bildirib.

"Terrorçu ilk olaraq yaşlı qadına atəş açıb, daha sonra isə şəhərin küçələrində hərəkətini davam etdirib. Onu polis izləməyə başlayıb. Daha sonra terrorçu onları da gülləbaran edib və cavab atəşi ilə məhv edilib"

Bu arada hadisəyə görə məsuliyyəti HƏMAS üzərinə götürüb.



 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR