İmişlidə brokonyerlər saxlanıldı

İmişlidə qanunsuz ovla  məşğul olan şəxslər  saxlanılıb. Onlardan  ov silahları  qanunsuz  yolla ovlanmış  çöl quşları  və  xeyli miqdarda  sursat  aşkar edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Daxili işlər Nazirliyi  Baş ictimai təhlükəsizlik idarəsi  və  İmişli rayon polis şöbəsinin əməkdaşları qanunsuz  ovun  qarşısının alınması  məqsədi ilə  İmişli rayonun çöl ərazilərində  reydlər  həyata  keçirib. Reydlər  zamanı  müxtəlif  yerlərdə  qanunsuz ovla  məşğul olan şəxslər aşkar edilib. Bəzi brokonyerlər  silahlarını və  ovladıqları  quşları  elə  əraziyə  ataraq  qaçıb. Reyd zamanı  iki nəfər  brokonyer - İmişli rayon sakinləri,  Qədim Sadıqov və Ülvi Baxşəliyev adlı şəxslər polis əməkdaşları  tərəfindən saxlanıb. Reyd zamanı iki ədəd  qoşalülə,  bir ədəd  beşaçılan,  bir  ədəd təklülə  ov  tüfəngləri polis  əməkdaşları  tərəfindən  sənədləşdirilərək  götürülüb.


 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR