Azərbaycan millisini Çexiyaya aparan təyyarədə nasazlıq!
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya ilə qarşılaşacaq milli komandamız bu gün oyunun keçiriləcəyi Ostrava şəhərinə yola düşüb.
Apasport.az saytının matça ezam olunmuş əməkdaşının məlumatına görə, saat 16:00-da yola düşməli olan təyyarə bir qədər gecikmə ilə havaya qalxıb.
Havada olarkən isə nəqliyyat vasitəsində texniki nasazlıq yaranıb. Belə ki, təyyarənin təkərlərindən birinin tam qapanmaması uçuş sırasında həyəcan yaradıb. Bu barədə sərnişinlərə də məlumat verilib və bildirilib ki, Bakıya dönüb, nasazlıq aradan qaldırıldıqdan sonra yenidən yola düşüləcək.
Ancaq sonradan təyyarə ekipajı artıq problemin aradan qaldırıldığını və uçuşun marşrut üzrə davam etdiriləcəyini bildirib.
Xatırladaq ki, millimiz artıq Çexiyadadır.
OXŞAR XƏBƏRLƏR
13:52
92
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
629
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
517
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
645
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
430
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
418