Binəli Yıldırım Mosul əməliyyatı öncəsi Bağdada səsləndi

Türkiyənin baş naziri Binəli Yıldırım planlaşdırılan Mosul əməliyyatı ilə bağlı açıqlamalar verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hökumət rəhbəri şəhər yaxınlığında mövcud Türk Silahlı Birliklərinə aid düşərgəyə İŞİD terrorçularının etdiyi hücumlara münasibət bildirib.

"Bu yeni xəbər deyil. Zaman-zaman belə hücumlara məruz qalırıq. Türk əsgərinin orada nə etdiyi bəllidir. Terrorçulara qarşı olan yerli əhaliyə təlimlər keçilir. Mosul bir gecədə İŞİD tərəfindən zəbt edilib. Həmin vaxt bizim baş konsulluğumuzun əməkdaşları da girov götürülmüşdü", - deyə Yıldırım xatırladıb.

Baş nazir əməliyyat öncəsi rəsmi Bağdada mesajlar göndərib.

"Bağdad hökuməti də Mosulun İŞİD-dən təmizlənməsi üçün plan hazırlayıb. Biz bunu dəstəkləyirik. Amma bir incə məsələ var. Əməliyyatdan sonra işğaldan öncəki Mosul sakinlərinə toxunulmamalıdır. Şəhərə başqa insanlar köçürülməməlidir. Bu məqamı diqqətdə saxlayırıq. Mosul mosullarının olmalıdır".

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR