Saakaşvilinin həyat yoldaşı: "Biz qalib gəlmişik"
Gürcüstanda keçirilən parlament seçkilərində 27,04 faiz səslə ikinci olan Vahid Milli Hərəkat Partiyasının rəhbərlərindən Sandra Rudolfs nəticələrlə razılaşmadıqlarını bildirib. APA TV-nin Gürcüstan mətbuatına istinadən məlumatına görə, o, bəzi yerlərdə kütləvi saxtakarlıqların müşahidə edildiyini deyib.
"Mübarizə hələ ki bitməyib. Mən Zuqdidi rayonunda qalib gəlmişəm. Bunu demək üçün əlimdə İnqri kəndi də daxil olmaqla bütün seçki məntəqələrindən olan nəticələr var. Çox güman ki, biz digər kəndlərdəki məntəqələrdə də qalib gəlmişik. Biz görünür ki seçki qutularının sındırıldığı və seçki komissiyası üzvləri tərəfindən oğurlandığı məntəqələrdə də qalibik" - deyə, S.Rulofs bildirib.
Xatırladaq ki, Sandra Rudolfs keçmiş prezident Mixail Saakaşvilinin həyat yoldaşıdır.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir