PKK Türkiyədə 10 hərbçini şəhid etdi, 8 dinc sakini öldürdü

PKK terror təşkilatı Türkiyədə terror aktı törədib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün Hakkari rayonunun Şəmdinli qəsəbə mərkəzindən 20 km uzaqlıqda  magistral yol üzərində olan Durak Jandarma hərbi postuna bomba yüklü avtomobilə hücum edilib və güclü partlayış baş verib.

Partlayış nəticəsində 10 hərbçi şəhid olub, 8 mülki şəxs həyatını itirib. Türkiyənin baş naziri Binəli Yıldırım bu barədə açıqlama verib.
 

Bu arada hadisə ilə bağlı təfərrüatlar məlum olub. Bomba yüklü maşın hərbi birliyə daxil olmaq istəyib, terrorçular ətrafdan hərbçiləri atəşə tutub. Hərbi birliyə daxil ola bilməyəcəyini anlayan terrorçu-kamikadze post yaxınlığında partlayıcı qurğunu işə salıb.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR