"Mercedes" hərəkətə bağlı yolda qum topasına girdi: 2 yaralı

Lənkəranda iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə  rayonun Boladi kəndi ərazisində, istifadəyə verilməmiş yeni salınan “İpək yolu”nda qeydə alınıb.

 

Bakı şəhər sakini, 34 yaşlı Zaur Seyfulla oğlu Fərziyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən yolun ortasına tökülmüş qum topasına girib. Nəticədə avtomobilə ciddi ziyan dəyib, həmçinin sürücünün qohumları olan sərnişinləri - Bakı sakinləri, 84 yaşlı  Humayə Əlibala qızı Fərziyeva və onun oğlu, 66 yaşlı  Xeyrulla Eynulla oğlu Fərziyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Zərərçəkmiş Xeyrulla Fərziyev Astara rayonuna yaxın qohumlarının yas mərasiminə getdiklərini bildirib.

 

 

Xəstəxanada xəsarət alanlara zəruri tibbi yardım göstərilib. Onlardan sol bazu sümüyünün sınığı, kəllə-beyin travması, sağ qabırğasının sınığı diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilmiş Humayə Fərziyevanın vəziyyəti daha ağır qiymətləndirilir.

 

İlkin versiya kimi qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR