Lənkəranda dayı əqli cəhətdən xəstə olan bacısı oğlunu döyüb
Lənkəranda döyülmə faktı qeydə alınıb. APA TV-nin сənub bürosunun məlumatına görə, hadisə rayonun Kərgəlan kəndində baş verib.
Kənd sakini Fərrux Rəhman oğlu İsmayılov bacısı oğlu, əqli cəhətdən xəstə olan 51 yaşlı Müqəddəs Mirzə oğlu İbadovu döyərək, ona ciddi bədən xəsarətləri yetirib. Zərərçəkmiş baş, üz, burun, bədəninin digər yerlərindəki yaralarla Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Müqəddəs İbadovun qardaşı Ələşrəf İbadov hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirib.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
OXŞAR XƏBƏRLƏR
13:52
92
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
629
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
517
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
645
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
430
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
418