Gəncədə yanğın, İKİ EV YANDI
Ötən gecə Gəncədə güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Gəncə Yanğından Mühafizə Hissəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. 7 otaqlı, sahəsi 600 kvadratmetr olan 3 yaşayış evində yaranan yanğın nəticəsində iki evin 350 kvadratmetri yanaraq yararsız hala düşüb, yerdə qalan 250 kvadratmetr sahə isə alovdan xilas edilib. Azər Məsimova məxsus evdə baş verən yanğının söndürülməsinə 10 yanğınsöndürən avtomobil cəlb edilib. Yanğınsöndürənlər tərəfindən söndürülən yanğının başvermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
19:44
879
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
906
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1137
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2187
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2161
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1989