Saakaşvili: "Gürcüstanda mənə barmaqla da toxuna bilməzlər"
Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsində çalışan Mixail Saakaşvili Gürcüstana qayıdacağını bir daha bəyan edib. APA TV-nin Ukrayna mətbuatına istinadən məlumatına görə, o, Gürcüstanın Daxili İşlər Nazirliyinin onun bu halda həbs ediləcəyi ilə bağlı bəyanatına cavab verib.
"Mən Gürcüstana dönəcəyəm və mənə kimsə barmağı ilə də toxuna bilməz".
Saakaşvili bildirib ki, vətəndə onun yüz minlərlə tərəfdarı var və onu dəstəkləyəcəklər.
"Hazırkı hakimiyyət barəmdə saxta istintaq işi aparır, amma bu günlərdə Tbilisidə mitinq baş tutdu və 70 min insan iştirak etdi. Bu onu göstərir ki, mənə barmaqla belə toxuna bilməzlər, ölkənin silahlı qüvvələri də, polisi də bizim tərəfdədir. İvanişvilinin yanında olan hüquq-mühafizə orqanları əməkdaşlarının bizə gücü çatmaz, onların əli çox qısadır, mənə uzana bilməz", - deyə Saakaşvili iddia edib.
Keçmiş prezident bildirib ki, o, bu vaxta qədər vətənə qarşıdurmaların yaranmamasına görə getməyib.
Saakaşvili bildirib ki, seçkilərdən sonra Gürcüstana gedəcək, amma orda qalmayacaq, çünki Ukraynada kifayət qədər işi var.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir