"Metyu" qasırğası nəticəsində ölənlərin sayı 900 nəfəri keçdi

"Metyu" qasırğası ABŞ-ın Atlantik sahillərindən şimala doğru irəliləməkdə davam edir. Artıq qasırğa Cənubi Karolina ştatını cənginə alıb, Floridada isə 4 nəfər qasırğanın qurbanı olub. Axşam saatlarına kimi qasırğanın Şimali Karolina sərhədlərinə çatacağı güman olunur. 

 

 

Rəsmi məlumata görə, qasırğa nəticəsində Floridada 1 milyondan çox ev elektriksiz qalıb. Qasırğanın gücü üçüncü dərəcədən ikinci dərəcəyə enib.

 

 

Haitidə "Metyu" qasırğası nəticəsində ölənlərin sayı 900 nəfəri keçib, on minlərlə insan evsiz qalıb. Ölkədə vəba epidemiyasının ilk təzahürləri müşahidə olunub.

 

Xatırladaq ki, "Metyu" qasırğası Karib hövzəsində son 10 ildə qeydə alınan ən güclü qasırğadır. Qasırğaya Safir - Simpson şkalası üzr beşinci kateqoriya verilib. Tufan, leysan və daşqınlarla müşayiət olunan küləyin sürəti saatda 230 kilometrə kimi yüksəlib. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR