Zaqatalada canavarlar kəndə hücum etdi

Zaqatalada yırtıcı heyvanlar kəndə hücum edərək yerli sakinə məxsus xırdabuynuzlu heyvanları məhv ediblər.

Zaqatala rayonu Muxax kənd sakini Eminov Fərman Musa oğlunun həyətinə gecə saat 4-5 radələrində canavarlar soxulub. Ev sahibi itlərin hürməsinə həyətə çıxıb.

Fərman Eminov həyətyanı sahədəki mal tövləsinə baxan zaman orada saxladığı 18 baş xırdabuynuzlu heyvanlardan üçünün canavar tərəfindən öldürüldüyünü, daha üçünün isə ölümcül yaralandığını görüb. Fərman Eminov hadisə ilə bağlı rayon baytarlıq idarəsinə məlumat verib.

Əraziyə gələn baytarlıq idarənin əməkdaşları heyvanlardan quduzluqla bağlı nümunələr götürüblər. Ölmüş və yaralanmış heyvanlar təlimata uyğun məhv ediləcəyi bildirilir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR