Politoloq: "Putin-Ərdoğan görüşü Suriya böhranının həllini yaxınlaşdıra bilər"
"Putinlə Ərdoğanın İstanbul görüşündə Suriya böhranının həlli ilə bağlı müsbət irəliləyişə nail oluna bilər". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu nüfuzlu "Sole-24 ore" qəzetinin eksperti, Yaxın Şərq regionu üzrə siyasi-icmalçı Alberto Neqri bildirib.
"Suriyada hazırda region ölkələrinin rolunu danmaq düzgün deyil. Bu ölkələrin baş verənlərə birbaşa təsiri var. Buna görə də Putin-Ərdoğan görüşü BMT-dəki müzakirələrdən daha məhsuldar ola bilər. Çox güman ki, məhz bu görüşdən sonra sülh istiqamətində irəliləyiş əldə olunsun", - deyə o qeyd edib.
Ekspertin fikrincə, münaqişənin həllinin açarı məhz region ölkələrinin əlindədir.
"Suriya indi "ərəb Yuqoslaviyası"nı xatırladır. Müəyyən güclər də var ki, onlar ölkədə Əfqanıstandakı vəziyyətin təkrarlanmasında maraqlıdır". SİTATIN SONU.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir