Gürcüstanda parlament seçkiləri keçirilir

Gürcüstanda parlament seçkiləri başlayıb. APA TV-nin "Rustavi2" telekanalına istinadən xəbərinə görə, seçkilərdə 19 partiya və siyasi blok iştirak edir. 150 deputatın 77-si proporsional, 73-ü mojaritar sistemlə seçiləcək

Ölkədə seçki məntəqələri saat 8:00-da açılıb. Seçkiləri 200 yerli və beynəlxalq təşkilat izləyir.

Əsas rəqiblər iqtidarda olan "Gürcü arzusu" və keçmiş prezident Mixail Saakaşvilini dəstəkləyən "Milli hərəkat" partiyalarıdır. Hazırda Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsini tutan Saakaşvili partiyasının qalib gələcəyi təqdirdə vətənə qayıdacağını vəd edib.

Bu arada Gürcüstanın Daxili İşlər Nazirliyindən sabiq dövlət başçısının bu açıqlamasına münasibət bildirərək, onun ölkəyə qayıdacağı anda həbs ediləcəyi vurğulanıb.

Qanunvericiliyə əsasən parlament seçkilərində qalib gələn partiya baş nazir postuna namizəd vermək və hökuməti qurmaq hüququna sahibdir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR