Həmkəndlisinin evindən oğurluq edən Yardımlı sakini tutulub
Həmkəndlisinin evindən oğurluq etməkdə şübhəli bilinən Yardımlı sakini yaxalanıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, oğurluq hadisəsi rayonun Zevin kəndində qeydə alınıb. Kənd sakini Nizami Əlişov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək evindən oğurluq edildiyini bildirib. Şöbə əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Mirqasım Qədirov saxlanılıb.
Müstəntiq Fuad Rzayevin sözlərinə görə, Qədirov Mirqasım Mirtağıoğlu şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona ittiham elan edilib və barəsində Yardımlı Rayon Məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
İlkin dindirilmə zamanı oğurluqda şübhəli bilinən Mirqasım Qədirov törətdiyi əməli etiraf edib. O, evə pəncərəni sındırmaq yolu ilə içəri daxil olduğunu və mənzildən 600 manat pulu götürdüyünü deyib. Mirqasım əldə etdiyi pulu isə Bakı şəhərinə gedərək xərcləyib.
Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinən Mirqasım Qədirovu 3 ildən 7 ilə kimi həbs cəzası gözləyir.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir