Kerri: "Rusiyanı hərbi cinayətlərdə ittiham etmək üçün əsaslar var"

"Rusiya və Suriya aviasiyası mülki obyektləri, xəstəxanaları bombalayaraq insanlığa qarşı cinayət işlədirlər. Hər iki ölkə haqqında hərbi cinayətlərlə bağlı təhqiqat başlanması vacibdir". Bu sensasion açıqlama ilə ABŞ-ın dövlət katibi Con Kerri çıxış edib. Fransalı həmkarı ilə görüşdən əvvəl jurnalistlərə açıqlama verən Kerri bildirib ki, bir gün əvvəl Əsəd rejimi daha bir xəstəxananı bombalayıb, nəticədə 20 mülki şəxs ölüb, 100-dən artıq insan yaralanıb: "Rusiya və Suriya rejimi xəstəxanaları, səhiyyə ocaqlarını, uşaqları, qadınları niyə bonbaladığını bütün dünyaya açıqlamaq məcburiyyətindədir. Bu cür addımlar hərbi cinayətdir, bu ölkələri hərbi cinayətlərdə ittiham etmək üçün əsasdır. Rusiya və Suriya mülki insanlara qarşı törətdiyi cinayətlərə görə cavab verməlidir".  

Kerri mülki obyektlərə qarşı hücumların təsadüflə izah oluna bilməyəcəyini deyib: "Artıq təsadüf deyə izah edə bilməzlər, bu bəhanədən əvvəlki illərdə istifadə etdilər. Mülki şəxslərə qarşı terror törətmək, hərbi hədəflərin qarşısına çıxan hər kəsi öldürmək məqsədyönlü bir strategiyadır".

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR