Novak açıqlama verdi, neft sürətlə ucuzlaşmağa başladı
Dünya bazarında neft iş həftəsini ucuzlaşma ilə başa vurub. Həftənin son iş günü birjalarda keçirilən hərraclarda "Brent" markalı neftin qiyməti 51,67 dollar olub. Bu, bir gün əvvəlki qiymətdən təxminən 1 dollar ucuzdur. Qərbi Texas neftinin də qiyməti iki günlük fasilədən sonra 50 dollardan ucuzlaşıb. Son iki gündə uzun müddətdən sonra ilk dəfə olaraq 50 dollar həddini keçmiş WTİ nefti birjaların son seanslarında 49,57 dollardan satılıb.
Qiymətlərin ucuzlaşmasına Rusiyanın energetika naziri Aleksandr Novakın açıqlaması səbəb olub. Nazir bildirib ki, OPEK üzvlərinin gələn həftə İstanbulda keçiriləcək görüşündə hasilatın aşağı salınmasına dair sənəd imzalanması gözlənilmir. Aleksandr Novak görüşün yalnız məsləhətləşmə xarakteri daşıdığını deyib və qeyd olunan sənədin OPEK-in noyabrda Vyanada keçiriləcək toplantısında imzalanacağına ümidvar olduğunu deyib. Bazar Novakın açıqlamalarına dərhal reaksiya verib və qiymətlərdə ciddi korreksiya edilib.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir