Ankarada dəhşətli terror aktı: İki kamikadze özünü partlatdı
Ankarada dəhşətli terror aktı baş verib. APA TV-nin məlumatına görə, iki terrorçu polisin təslim olmaqla bağlı çağırışına tabe olmayaraq partlayıcı yüklənmiş maşını işə salıblar. Nəticədə güclü partlayış qeydə alınıb. Ankara valisi partlayış zamanı 200 kiloqram partlayıcıdan istifadə olunduğunu deyib. Partlayışı törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Digər kamikadzenin qadın olduğu güman edilir. Terror aktı planlaşdıran üçüncü kamikadzenin axtarışı davam edir. Vali terrorçuların konkret olaraq hansı obyektdə partlayış törətməyə hazırlaşdığının məlum olmadığını bildirib. Terror aktı baş verən ərazidə partlayış yüklənmiş başqa bir maşın da aşkarlanıb. Terrorçular diqqəti yayındırmaq üçün maşını türk bayrağı ilə bəzəyiblər. Kamikadzelərin hansı terror təşkilatının üzvü olduğu bilinmir, hüquq-mühafizə orqanları istifadə olunan partlayıcı qurğulara istinadən terror aktının PKK tərəfindən törədildiyini güman edir.
Terror aktının qarşısının alınmasında Diyarbəkirdən gələn kəşfiyyat məlumatı əsas rol oynayıb. Bu məlumatla bağlı Ankarada terror aktı törədilə bilmə ehtimalı ilə bağlı müvafiq qurumlara xəbərdarlıq göndərilib. Haymana qəsəbə sakinləri bu xəbərdarlıq əsasında ərazidə iki şübhəli şəxsin olduğu barədə polisə məlumat veriblər. Polislərin at bəslənən fermada gizlənmiş terrorçuları təslim olmağa çağırıblar, mühasirəyə alındıqlarını anlayan terrorçular özlərini partladıblar. Araşdırmalar davam edir.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir