Araz Ağalarovun sərgi mərkəzində partlayıcı tapıldı: terror cəhdi şübhəsi var

 

 

Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus sərgi mərkəzində partlayıcı qurğu tapılıb.

 

APA TV-nin Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, əldəqayırma partlayıcı qurğu çantaya qoyulub və sərgi mərkəzində yerləşən tualetlərin birinə yerləşdirilib.

 

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, “Krokus ekspo”nun binasında terror aktının hazırlanması barədə məlumat Federal Təhlükəsizlik Bürosuna vaxtında daxil olub və dərhal tədbirlər görülüb. Tapılmış partlayıcı laboratoriyaya göndərilib və tərkibi öyrənilir.

 

Qeyd edək ki, hadisə baş verən gün “Krokus ekspo”da sərgi keçirilib.

 

Bundan əvvəl isə partlayış təhlükəsi ilə əlaqədar “Krokus Ekspo” sərgi mərkəzinin yaxınlığında azərbaycanlı iş adamına məxsus “Vegas City Hall” ticarət mərkəzi təxliyə olunub.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR