Türkiyə ordusundan İŞİD-ə yeni zərbələr: 6 hədəf məhv edildi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı “Fərat qalxanı” əməliyyatı çərçivəsində “İraq Şam İslam Dövləti” terror təşkilatına aid hədəflərə yeni zərbələrin endirildiyini açıqlayıb. APA TV-nin məlumatına görə, açıqlamada İŞİD-in 1 komanda mərkəzi, 1 toplanış yeri, 1 cəbbəxana və 3 sığınacağının Türkiyə qırıcıları tərəfindən məhv edildiyi bildirilir.
Bir saat ərzində qırıcılar Aktarin, Əl Bull və Cakkada İŞİD-ə aid 6 hədəfə hava hücumu edib. Hədəflərə 8 bomba atılıb.
Tapşırığı uğurla yerinə yetirən təyyarələr bazaya qayıdıblar.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hava hücumunun görüntülərini də yayıb. Görüntülərdə terror təşkilatına aid hədəflərin vurulması anı yer alıb.
OXŞAR XƏBƏRLƏR
13:52
209
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
635
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
524
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
646
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
432
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
418