842 can alan “Metyu” qasırğası ABŞ sahillərinə çatıb

 

“Metyu” qasırğası qurbanlarının sayı 842 nəfərə çatıb, qasırğa artıq ABŞ-ın Florida ştatı sahillərindədir.

 

APA TV-nin məlumatına görə, qasırğa Kuba, Haiti və Dominikan Respublikasından sonra ABŞ-ın cənub-şərqinə çatıb.

 

2010-cu il zəlzələsindən sonra ən böyük təbii fəlakət kimi qiymətləndirilən “Metyu” qasırğası Haitidə 4-cü şiddət dərəcəsində olub. Kuba, Haiti və Dominikanda 842 nəfərin ölümünə səbəb olan qasırğa nəticəsində ən çox insan itkisi Haitidə qeydə alınıb - 500 nəfər.

 

BMT-nin Humanitar Yardım Ofisinin məlumatına görə, Haitinin 11 milyonluq əhalisinin yarısı qasırğadan ziyan çəkib.

 

Qasırğa ABŞ sahillərinə çatmazdan əvvəl Florida, Cənubi Karolina və Corciya ştatlarında fövqəladə vəziyyət elan edilib. “Metyu” qasırğası Birləşmiş Ştatlar sahillərinə yerli vaxtla cümə günü səhər saatlarında çatıb. 3 milyon adamın təhlükəsiz ərazilərə təxliyə edilməsinə qərar verilib. 1 milyondan çox insan qasırğa üzündən elektriksiz qalıb.

 

Florida ştatının qubernatoru Rik Skott qasırğanı “canavar” adlandırıb və əhaliyə xəbərdarıq edib ki, hökumətin çağırışlarına biganə yanaşanlar ölümlə qarşı-qarşıya qala bilərlər.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR