Mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu

Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunan mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdim olunması mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fəxri adlara təqdim olunan şəxsləri təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb.

 

Nazir bildirib ki, mükafatlara və fəxri adlara layiq görülən şəxslərin Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri var və onların zəhməti dövlət tərəfindən yüksək qiymətləndirilib.

 

Tədbirdə Səkinə İsmayılovaya, Vidadi Muradova, Ramiz Fətəliyevə və Ağaverdi Paşayevə “Şöhrət” ordeni, Şamil Süleymanova, Munis Şərifova xalq artisti, Rasim Cəfərova, Bəhruz Vaqifoğluna və başqalarına əməkdar artist, Elxan Cəfərova, Müşfiq Hətəmova, Orxan Fikrətoğluna, Əliqismət Lalayev və başqalarına əməkdar incəsənət xadimi adlarının verilməsi ilə bağlı sənədlər və mükafatlar təqdim olunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR