Quba-Xınalıq yolunda maşın dərəyə aşdı: 1 ölü

Qubada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Quba-Xınalıq yolunun 55-ci km-də qeydə alınıb.

 

Xınalıq kənd sakini, 48 yaşlı Məmmədqasım Xəlil oğlu Bağırovun idarə etdiyi 10 JL 382 dövlət nömrə nişanlı “Niva” markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü Məmmədqasım Bağırov aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Hazırda kənd sakinləri Məmmədqasım Bağırovun meyitini dərədən çıxarmağa çalışır. Hadisə ilə əlaqədar müvafiq dövlət orqanları məlumatlandırılıb.

 

İlkin məlumata görə, sürücü avtomobili sərxoş vəziyyətdə idarə edib.

 

 

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR