Rusiya sovet dövrünə qayıdır: Kuba və Vyetnamdakı hərbi bazalar bərpa olunur
Rusiyanın Müdafiə Nazirliyi SSRİ zamanında xarici ölkələrdə mövcud olan hərbi bazalarını bərpa etmək niyyətindədir.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu nazirlik rəsmisi Nikolay Pankov Dövlət Dumasında çıxışı zamanı bildirib.
O deyib ki, hazırda təmsil etdiyi qurumda bu məslə ilə bağlı iş aparılır. Həmin ölkələr arasında Kuba və Vyetnamın adı çəkilir.
Müdafiə naziri Sergey Şoyqu isə deyib ki, bu, postsovet ölkələrindən Ermənistan, Qırğızıstan və Tacikistanda da icra ediləcək.
Dövlət Dumasında həmçinin Rusiya HHQ-nin Suriya ərazisində yerləşdirilməsi prosesinin sürətləndirilməsi və genişləndirilməsi məsələsi də müzakirə olunur.
OXŞAR XƏBƏRLƏR
13:52
202
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
633
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
522
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
646
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
432
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
418