Ağdamda "Jiquli" "QAZel"i aşırdı

Ağdam rayonunun Əfətli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Kürdəmir rayon sakini Elşən Şirinovun idarə etdiyi "QAZel" markalı 33 BE 388 dövlət nömrə nişanlı yük maşınına arxadan gələn "VAZ-2106" markalı 02 BO 499 dövlət nömrə nişanlı avtomobil çırpılıb.

 

Nəticədə "QAZel" yoldan çıxaraq aşıb. Yaxınlıqda olan kənd sakinləri hər iki avtomobildə olan yaralı sürücü və sərnişinləri Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

 

Aşan avtomobildən yanacaq axdığını görən kənd sakinləri hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadasını çağırıblar. Xoşbəxtlikdən yanğın baş verməyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR