Fərari əsgər yaralı vəziyyətdə TƏMAS XƏTTİNDƏ TAPILDI
Azərbaycanda xidməti silahını götürərək hərbi hissədən qaçan əsgər tapılıb. Ağstafa Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, əsgər Cəmil Elxan oğlu Hüseynzadə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaralı vəziyyətdə ələ keçib. Onun hansı şəraitdə və kimin tərəfindən yaralanması isə hələlik məlum deyil.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən hadisə münasibət öyrənmək mümkün olmayıb.
Müdafiə Nazirliyinin Tovuz rayonundakı “N” saylı hərbi hissənin əsgəri, 19 yaşlı Cəmil Elxan oğlu Hüseynzadə oktyabrın 26-da xidməti silahını da götürərək hərbi hissəni özbaşına tərk edib.
Hadisədən dərhal sonra əməliyyat qrupu yaradılıb və hüquq-mühafizə orqanları məlumatlandırılıb. Əsgərin axtarışlarına polis qüvvələri də cəlb edilib. Tovuz və Ağstafa rayonlarında polis postları qurulub.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI