Oğuzda ayını... tok vurub öldürdü
Oğuzun Xaçmaz kəndinə enən ayının hansı yollasa transformatora girməsi onun həyatına son qoyub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, kənd sakini Əlibala Nəbiyev öz bağına gedərkən yaxınlıqdakı tranformatorda ayının ilişib qaldığını görüb. Yaxınlaşdıqda isə ayının elektrik cərəyanı vurması nəticəsində öldüyü məlum olub.
Kənd sakinləri ayını yaxınlıqdakı meşə ərazisinə tullayıblar. Bala ayının çəkisinin 30-35 kq olduğu bildirilir.
Sakinlər baş vermiş hadisədən təşvişə düşüblər. Kənd sakinlərinin dediyinə görə, axşam saatlarında ayı nəriltisini eşitmək artıq adi hal alıb. Ayının günorta vaxtı kəndə gəlməsi, yaxınlıqda evlərin və məktəbin yerləşməsi bu təşvişi daha da artırıb.
OXŞAR XƏBƏRLƏR
13:52
202
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
633
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
522
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
646
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
432
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
418