Abdolbari Gözəl: "Məhsullarımız 30 faiz bahalaşıb"
Mətbuatda son zamanlar "Azərsun Holdinq"in istehsal etdiyi məhsulların qiymətinin artması ilə bağlı əsassız xəbərlər yayılıb.
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib.
"Məlumatı yanlış təqdim edirlər. İki devalvasiya nəticəsində manat 110 faiz dəyərdən düşüb, amma bizim istehsal etdiyimiz məhsulların dəyəri 30 faiz artıb. Lakin buna toxunan yoxdur. Məsələnin fərqinə varmaq lazımdır. Düzdür, biz yağı xaricdən gətiririk. Lakin şəkər istehsalı 15 faiz yerli xammala, 85 faiz isə idxala bağlıdır. Biz yerli xammalın payını 40 faizə çatdırmaq istəyirik. Bunun üçün təxminən 100 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq. Duz, konserv və tomat istehsalı 100 faiz yerli xammala əsaslanır. Lakin bu məhsulların qazlaşdırılması idxala bağlıdır. Qablaşdırmanın yerli məhsul hesabına aparılması üçün iş aparırıq. Əgər bu məhsullar bahalaşarsa, ağ bayraq qaldırmağa hazıram", - deyə o bildirib.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir