Temperatur yüksəlir - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında oktyabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV -yə verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə yarımadada 15-18° isti, gündüz 23-28° isti, Bakıda gecə 15-17° isti, gündüz 26-28° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, oktyabrın 8-9-da Abşeron yarımadasında sabit hava şəraiti müsbət amil olsa da, iqlim normasından bir qədər yüksək temperatur rejimi və dayanıqlı hava meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında oktyabrın 8-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 23-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir