Düşmənin hərbi texnikası sıradan çıxarıldı - TƏXRİBATA CAVAB
Cəbhədə erməni tərəfinin növbəti təxribatına cavab verilib.
APA TV-nin erməni saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Silahlı Qüvvələri “AQS-17” tipli qumbaraatandan qarşı tərəfin hərbi avtomobilinə atəş açıb.
Hadisə gecə saatlarında baş verib.
Son günlər ermənilərin cəbhədə gərginliyi artırması, işğal olunmuş ərazilərimizdə hərbi təlimləri genişləndirməsi, zəbt etdiyi ərazilərimizdə yanğınlar törətməsi fəsadlarla və Azərbaycan hərbçisinin şəhid edilməsi ilə nəticələnib. Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfə bununla bağlı dəfələrlə xəbərdarlıq edib və cavab tədbiri görüləcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
13:52
198
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
633
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
522
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
645
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
432
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
418