İŞİD mühasirəyə alınacaq: yerli tayfalar Türkiyədən siqnal gözləyir

"Fərat qalxanı" hərəkatına ərəb və türkmən əşirətləri də dəstək verəcək. APA TV-nin məlumatına görə, Azad Suriya Ordusunun komandirləri bölgədə yaşayan əşirət liderləri ilə görüşüb.

 

Bunu Menbiç Diviziyasının komandanı Abu Ali Raslen açıqlayıb. "Menbiç və Əl Babda olan əşirətlərlə Azad Suriya Ordusu komandirlərinin görüşündə ortaq hərəkat aparılması qərarı verilib. İŞİD terrorçularının Əl-Bab və Menbiç sərhədində böyük mühasirə əməliyyatı üçün hazırlıq aparılır. Türkiyənin təlimat verməsi ilə lazımi tədbirlər görüləcək".

 

Türkmən Bəni-Asid əşirətinin lideri Əli Hüseyn Asidinin oğlu Məhəmməd Hayr Ələvinin 6 gün öncə PYD kürd qruplaşması tərəfindən qaçırıldığı məlum olub. PYD-nin əşirətlərin Azad Suriya Ordusuna dəstək verməməsi üçün Ələvini qaçırdığı bildirilir.

 

Bu arada Azad Suriya Ordusu Dabık yaxınlığında yerləşən Akterin kəndini ələ keçirib. 10 İŞİD terrorçusu öldürülüb. Türkiyə Silahlı Qüvvələri isə İŞİD-ə aid 68 hədəfi 80-dən çox raket və 31 tankla vurub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR