Bakıda məktəbli qız intihar etdi - DOĞUM GÜNÜNDƏ

Bakıda dəhşətli intihar hadisəsi baş verib. APA TV-nin "Lent.az"a istinadən məlumatına görə, 2001-ci ildə Saatlı rayonunda anadan olmuş Qəniyeva Aygün Qubad qızı Xocasən qəsəbəsində yaşadığı fərdi yaşayış evində özünü asıb.

Yaxınları 15 yaşlı qızın meyitini hamamın nəfəsliyindən asılı vəziyyətdə aşkarlayıblar.

Oktyabrın 6-da A.Qəniyeva 15 yaşını tamam edib. Onun niyə məhz doğum günündə həyatına son qoyması məlum deyil. O, 6 saylı Laçın şəhər orta məktəbinin 9-cu sinfində oxuyurmuş.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR