Cəbhədə düşmən hərbçisi yaralanıb

Cəbhədə erməni əsgəri yaralanıb. APA TV-nin erməni mənbələrinə istinadən məlumatına görə, hadisə Azərbaycanın işğal olunmuş ərazilərində, oktyabrın 7-də saat 8:30-da qeydə alınıb.

Ermənistan mətbuatı güllə yarası alan əsgərin 1996-cı il təvəllüdlü Ayk Levonoviç Ambarsumyan olduğunu yazıb.

Onun qarşı tərəfdən açılan atəş nəticəsində yaralandığı deyilir.

Xatırladaq ki, oktyabrın 5-i gecədən başlayaraq erməni silahlı birləşmələri təmas xəttinin bütün istiqamətlərində gərginlik yaratmaqda davam edir. Oktyabrın 6-da düşmənin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Azərbaycanın Müdafiə Nazirliyi baş verən hadisədən məsuliyyətin bütünlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü və bu kimi hallarda layiqli cavab veriləcəyini dəfələrlə bəyan edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR