Neft son bir ilin maksimununu yenilədi

Dünya bazarında neft bahalaşmaqda davam edir. APA TV-nin məlumatına görə, birjalarda "Brent" neftinin qiyməti son iki ayın ən yüksək səviyyəsinə qalxıb. Ötən gün səhər seanslarında 51,57 dollardan satılan "Brent" nefti bir dollardan çox bahalaşıb. Hazırda bu markadan olan bir barel neft 52,60 dollardan təklif olunur. Qərbi Texas nefti də bahalaşmaqdadır. WTI neftinin qiyməti iyun ayından etibarən ilk dəfə 50 dollar həddini aşıb. Hərraclarda bu markadan olan neft 50,51 dollardan satılır.

 

Neftin qiymətlərinin yüksəlməsinə iki əsas səbəb göstərilir. ABŞ-ın xam neft və benzin ehtiyatları üst-üstə beşinci həftədir ki, azalır. Ehtiyatlar yanvar ayından bəri ilk dəfə 500 milyon barelin altına düşüb. Digər səbəb isə OPEK ölkələrinin neft hasilatını azaldacaqları barədə razılığa gəlməsidir. Qərar 30 noyabrda Vyana keçiriləcək toplantıda qəbul olunacaq. Ancaq qərarın qəbul olunmasına şübhə edənlər də var.
 

Eyni zamanda ABŞ sahillərində "Metyu" qasırğasının tüğyan etməsi neft hasilatına mənfi təsir edə bilər.  

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR