Funt sterlinq 2 manatdan aşağı düşdü - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların yeni məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dollar oktyabr ayının 4-ü ilə müqayisədə dəyişməyərək 1,6036 manat olub.
Avro da ucuzlaşıb. Avrozonanın vahid valyutası hazırda 1,7827 manat dəyərindədir.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9943 manatdır. Beləliklə, funt sterlinqin kursunda da ucuzlaşma qeydə alınıb.
Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rublun məzənnəsi 25 manat 80 qəpik, 100 türk lirəsi 52 manat 56 qəpik, 100 lari isə hazırda 68 manat 68 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
13:52
247
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
644
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
538
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
650
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
435
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
423