Düşmən cəbhənin bütün istiqamətlərində gərginliyi artırır

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 20 dəfə pozub.

APA TV-nin Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan və Dovex kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR