ABŞ yeni atom bombalarının sınağını keçirib
ABŞ oktyabr ayı ərzində iki dəfə döyüş başlıqsız “B-61” təkmilləşdirilmiş idarə olunan nüvə bombalarını sınaqdan keçirib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) açıqlamasında bildirilir.
Sınaq çərçivəsində “B-2 Spirit” strateji bombardmançı təyyarələrindən “B61-7” və “B61-11” sursatlarının buraxılışı həyata keçirilib. Bombaların üzərində quraşdırılan telemetrik cihazlar sınaqların uğurlu keçdiyini qeydə alıb.
Qeyd edək ki, “В61” nüvə bombasının yeni modifikasiyası ABŞ ordusunun arsenalına 2020-ci ildən daxil ediləcək. Onun istehsalı ilə bağlı hazırlıq işlərinə bu ilin avqustunda start verilib.
OXŞAR XƏBƏRLƏR
13:52
249
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
646
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
541
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
650
APA Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq sazişi imzaladı
12:34
435
Muxtar respublikanın iqtisadi potensialı hərəkətə gətirilir
12:34
423